Bank Of Baku

“Pozulan tələbə hüquqlarına qarşı” yeni layihə həyata keçiriləcək

“Pozulan tələbə hüquqlarına qarşı” yeni layihə həyata keçiriləcək
# 30 yanvar 2009 13:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Gənclər üçün Təhsil Mərkəzi “Pozulan tələbə hüquqlarına qarşı” yeni layihə həyata keçirməyə başlayır. Təşkilatdan APA-ya daxil olan məlumata görə, əsas məqsədi tələbələrin hüquqi biliklərinin artırılması və pozulmuş tələbə hüquqlarının müdafiəsinin təmin edilməsi olan layihə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Qurumun rəhbəri Vüsal Quliyev bu layihənin tələbə hüquqlarının təminatı sahəsində ilk layihə olduğunu deyib. O, tələbələrin sosial sahələrlə yanaşı, digər sahələrdə də problemlərinin olduğunu xüsusi qeyd edib. Qeyd edək ki, layihə müddətində Mərkəz tələbələrin hüquqi biliklərinin artırılması üçün silsilə təlimlər təşkil edəcək, monitorinqlər aparacaq, tələbə hüquqlarının müdafiəsinə dair qanunvericilikdə və praktikada olan boşluqların aradan qaldırılması üçün təkliflər paketi hazırlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR