Bank Of Baku

Yaponiya hökumətinin ayırdığı vəsaitlə Zaqatala, Ağcabədi və İmişli rayonlarında layihələr həyata keçirilib

Yaponiya hökumətinin ayırdığı vəsaitlə Zaqatala, Ağcabədi və İmişli rayonlarında layihələr həyata keçirilib
# 30 yanvar 2009 14:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 2-də Zaqatalanın Faldarlı kəndində ilkin tibbi yardım mərkəzinin, fevralın 3-də Ağcabədinin Taxtakörpü kəndində Laçın rayonundan olan məcburi köçkün uşaqları üçün məktəb binasının, fevralın 4-də isə İmişlinin Xələfli kəndində ilkin tibbi yardım mərkəzinin açılış mərasimləri keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimlərində səfir Masamitsu Oki və müvafiq rayonların icra hakimiyyəti başçıları iştirak edəcəklər. Hər üç layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində reallaşdırılıb. Zaqatalada həyata keçirilmiş layihəyə 87 min 331 ABŞ dolları, Ağcabədi və İmişlidə həyata keçirilmiş layihələrin hər birinə isə 88 min dollar xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR