Bank Of Baku

Ötən il Azərbaycanda 46 nəfər AİDS-dən ölüb

Ötən il Azərbaycanda 46 nəfər AİDS-dən ölüb
# 30 yanvar 2009 14:33 (UTC +04:00)
Respublika QİCS-lə Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 426-sı (97,7%) Azərbaycan vətəndaşı, 10 nəfəri (2,3%) əcnəbidir. Qeydiyyata alınmış 426 Azərbaycan vətəndaşından 348-i (81,7%) kişi, 78-i (18,3%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 57, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 46 nəfər olub. Ötən il HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 252-si (59,2%) inyeksion narkotik istifadəsi, 82-si (19,2%) heteroseksual kontakt nəticəsində, 5 uşaq (1,2%) HİV-müsbət anadan, 1 nəfər (0,2%) homoseksual kontakt nəticəsində yoluxub, 86 nəfərin (20,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1815 nəfərdə HİV infeksiyası təsdiq olunub. Onlardan 1744 nəfəri (96%) Azərbaycan vətəndaşı, 71 nəfəri (4%) isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1463-ü (83,9%) kişi, 281-i (16,1%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 349 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 239 nəfər olub.

Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2008-ci ilin sonunadək 1744 HİV-ə yoluxmuş insandan 534-ü (30,6%) Bakı şəhəri və Abşeron rayonunda, 1174-ü (67,3%) respublikanın digər 53 rayonunda qeydiyyatdadır, 36 nəfərin (2,1%) yaşayış yeri naməlumdur.

Son 16 il ərzində Azərbaycanda 609 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 15 ailədə ata-ana-uşaq, 124 ailədə ər-arvad, 433 ailədə yalnız kişi, 37 ailədə isə yalnız qadın yoluxub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR