Bank Of Baku

Buraxılış sinifləri üçün sınaq imtahanlarının vaxtı açıqlanıb

Buraxılış sinifləri üçün sınaq imtahanlarının vaxtı açıqlanıb
# 30 yanvar 2009 15:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2008-2009-cu dərs ilində orta məktəblərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları bütün ölkəni əhatə edəcək. Təhsil Nazirliyindən APA-ya bildirilib ki, orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər. Buraxılış imtahanlarına hazırlıq məqsədilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada 1 sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. İmtahan üçün ölkə üzrə 5 bölgə - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, həmçinin şimal, şimal-qərb, qərb və cənub bölgələri müəyyənləşib.

Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz biliklərini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarındadır. Bölgələr üzrə yoxlama imtahanlarına isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə 2 illik təcrübəsi nəzərə alınaraq ilk imtahan martın 1-də məhz bu bölgə üzrə keçiriləcək. Daha sonra – martın 15-də isə şimal bölgəsinin XI sinif şagirdləri sınaq imtahanlarında iştirak edəcəklər. İmtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında davam etdiriləcək.

Qeyd edək ki, sınaq imtahanlarının nəticələri şagirdlərin yekun qiymətlərində nəzərə alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR