Bank Of Baku

Bu il Azərbaycanda 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək

Bu il Azərbaycanda 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək
# 30 yanvar 2009 15:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair beşillik dövrü əhatə edən İnkişaf Proqramı bu il başa çatır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2005-ci ildən icrasına başlanılan proqram çərçivəsində indiyədək yeni tikilən və əsaslı təmir edilən məktəblərdən başqa, daha 506 məktəb müasir avadanlıqlarla təmin olunub. Təkcə ötən il 180 məktəbə şagird masası, yazı lövhəsi, müəllim stolu və stulları verilib.

Bu il daha 200 məktəbin müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, ötən il 350 məktəbin istilik sistemi bərpa edilib. Həmin təhsil müəssisələrinin 206-da bərpa işləri Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına aparılıb. Bu il isə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR