Bank Of Baku

Lənkəranda “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusunda treninq keçirilir

Lənkəranda “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusunda treninq keçirilir
# 02 fevral 2009 08:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Lənkəranda Milli Məclis aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi ilə USAİD-in təşkilatçılığı ilə treninq başlanıb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, USAİD-in “Parlament” proqramı çərçivəsində təşkil olunan treninq “Seçici və deputat münasibətlərinin inkişafında deputat köməkçilərinin rolu” mövzusuna həsr olunub. Tədbirdə Milli Məclis aparatının, USAİD-in məsul əməkdaşları və 40-a yaxın deputat köməkçisi iştirak edir. Treninqdə peşəkar ünsiyyət, resursların idarə olunması, təmsilçilik və cavabdehlik, şəffaflıq qaydaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. Treninq fevralın 7-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR