Bank Of Baku

2009-cu il MDB ölkələrində “Gənclər ili” elan olunub

2009-cu il MDB ölkələrində “Gənclər ili” elan olunub
# 02 fevral 2009 08:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. 2009-cu il MDB ölkələrində “Gənclər ili” elan olunub. APA-nın məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, “Gənclər ili” çərçivəsində Azərbaycanda da bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur: “Bu ilin sentyabrında Bakıda MDB ölkələrinin “Gənclər həftəsi” keçiriləcək”.

Nazir “Gənclər ili” çərçivəsində gənc rəssamların internet festivalı, elmi yaradıcılıq festivalı, məktəblilərin beynəlxalq kompüter festivalının keçirilməsinin də nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR