Bank Of Baku

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur
# 02 fevral 2009 08:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva APA. Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. APA-nın məlumatına görə, 2 Fevral - Gənclər Günü münasibətilə gənclər və idman naziri Azad Rəhimov və nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gənclər Günü münasibətilə tədbirlər gün ərzində davam edəcək. Nazirliyin nəzdində fəaliyyət göstərən İctimai Şuranın toplantısında ötən il ərzində fərqlənən gənclərə mükafatlar təqdim olunacaq. Bundan başqa, V. Səmədova adına Sərgi Salonunda gənc rəssamların sərgisi, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında isə bayram konserti keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR