Bank Of Baku

AMEA prezidenti: “Azərbaycan elminin inkişafı strategiyası imzalanandan sonra Akademiyada islahatlar başlayacaq”

AMEA prezidenti: “Azərbaycan elminin inkişafı strategiyası imzalanandan sonra Akademiyada islahatlar başlayacaq”
# 02 fevral 2009 10:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan elminin inkişafı strategiyası və onun həyata keçməsi üçün Tədbirlər Planı artıq hazırdır”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov verib. Onun sözlərinə görə, strategiya Prezidentin İcra Aparatında təsdiqlənəndən sonra AMEA öz fəaliyyətini tamamilə bu sənəd əsasında quracaq. Strategiyada elmin idarə olunması, kadrların hazırlanması, alimlərin sosial təminat məsələləri, elmin modernləşdirilməsi, beynəlxalq əlaqələr, elmin informasiya təminatı kimi məsələlər öz əksini tapıb.

M. Kərimov qeyd edib ki, strategiya imzalanandan sonra AMEA-da islahatlar başlayacaq: “Strategiyanın tərkib hissəsi kimi islahatlar mütləq olmalıdır. Elmin infrastrukturu tam öyrənilməli, monitorinqlər aparılmalıdır. Elm üzrə əsas prioritet istiqamətlər seçilməlidir Bundan sonra AMEA-da müəyyən struktur dəyişikləri olacaq”.

AMEA-nın elmi tədqiqat müəssisələrində monitorinqlərin nə zaman başlayacağına gəlincə, M. Kərimov bildirib ki, strategiyanın müddəalarında nəzərdə tutulan səlahiyyətlər AMEA-ya verilərsə, monitorinqlər başlaya bilər: “Biz hələ bilmirik ki, bu səlahiyyətlər AMEA-ya veriləcək, ya yox. Əgər bu səlahiyyətlər AMEA-ya verilərsə, biz ekspert komissiyası yarada bilərik. Komissiya elmi infrastrukturun monitorinqini apara bilər”. M. Kərimovun sözlərinə görə, hazırda AMEA ilə yanaşı, müxtəlif nazirliklərin tabeliyində elmi-tədqiqat institutları var: ”Bu institutların da fəaliyyəti öyrənilməlidir. Bu institutların arasında aktuallığını itirən və ya fəaliyyətsiz olanları da var. Onlara dair də qərar qəbul olunmalıdır. Digər tərəfdən AMEA-da aparılan elmi təcrübələr bəzən həmin institutlarda da aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR