Bank Of Baku

Dünyada baş verən iqtisadi böhran Azərbaycana turist axınını 5-7% azaldacaq

Dünyada baş verən iqtisadi böhran Azərbaycana turist axınını 5-7% azaldacaq
# 02 fevral 2009 10:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Dünyada baş verən iqtisadi böhran turizm sahəsinə də müəyyən zərbə vurub. Əvvəl dünya üzrə turist axınında 6-7 faiz artım var idi. Amma keçən ilin sonunda iqtisadi böhranın vurduğu zərbə bu rəqəmi 2-3 faizə endirib. Bu səbəbdən bu il dünya turizminin 2-3 faiz inkişaf edəcəyi nəzərdə tutulur”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu böhran Azərbaycana gələn turistlərin sayına da təsir göstərəcək. Keçən ilin sonunda Azərbaycana bu il ərzində gələn turistlərin sayında çox böyük artımın baş verəcəyi və bu göstəricinin ilkin mərhələdə 17 faiz olacağı proqnozlaşdırılsa da, bu il ölkəyə turist axınında yalnız 10-12 faizlik artımın olacağı nəzərdə tutulur: “Əlbəttə ki, bu il 17 faizlik göstəricini əldə etməyə çətinlik çəkəcəyik. Baş vermiş iqtisadi böhran xaricdə ölkələrdə yaşayanların gəlirlərinə təsir göstərib, ona görə də istər-istəməz turist səyahətləri məhdudlaşacaq”. Əblüfəs Qarayev hesab edir ki, Azərbaycanda beynəlxalq tədbirlər keçirmək və ölkənin turizm potensialının reklamını gücləndirməklə turist axınının sayını artırmaq olar və nazirlik də buna nail olmağa çalışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR