Bank Of Baku

Azərbaycan paytaxtında Avropa ölkələri turizm nazirlərinin toplantısı keçiriləcək

Azərbaycan paytaxtında Avropa ölkələri turizm nazirlərinin toplantısı keçiriləcək
# 02 fevral 2009 10:38 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu ilin martında Bakıda Avropa ölkələri turizm nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir turizm sahəsində bəzi xidmətlərin qiymətlərinin bahalaşmasına da münasibət bildirib. O qeyd edib ki, bu sahədə bazar sərbəst olduğu üçün dövlət qiymətləri tənzimləyə bilməz. Bu sektorda qiymətləri yalnız rəqabət, tələb və təklif müəyyənləşdirir: “Əgər bu qiymətlərlə razılaşanlar varsa, demək, belə qalacaq. İnsanlar bu qiymətlərin çox baha olduğunu görüb, xidmətdən istifadə etməyəcəklərsə, onda qiymətlər ucuzlaşacaq. Bunu bazar özü tənzimləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR