Bank Of Baku

Gənclər üzrə İctimai Şuranın toplantısı keçirilib

Gənclər üzrə İctimai Şuranın toplantısı keçirilib
# 02 fevral 2009 12:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən gənclər üzrə İctimai Şuranın toplantısı keçirilib. APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov hazırda Azərbaycanda 150-dən sox gənclər təşkilatının olduğunu, gənclər təşkilatları ilə əlaqələrə xüsusi diqqət yetirildiyini və bunun səmərə verdiyini deyib.

2008-ci ildə aparılan gənclər siyasəti ilə bağlı hesabatla çıxış edən nazir müavini İntiqam Babayev əsas fəaliyyət istiqamətlərinin vətənpərvərlik və vətəndaşlıq olduğunu bildirib: “Bu istiqamətdə televiziya proqramları hazırlanıb, müxtəlif bölgələrdə tədbirlər keçirilib, təşviqat qatarları təşkil olunub. Ötən il ölkədə ikinci dəfə gənclər təşkilatlarının sərgisi təşkil olunub və orada 80 təşkilat iştirak edib”. İ. Babayev son 5 ildə nazirliyin gənclərlə bağlı 519 respublika əhəmiyyətli tədbir keçirdiyini, bunlardan 65-nin beynəlxalq əhəmiyyətli tədbirlər olduğunu söyləyib.

Toplantıda gənclər təşkilatlarının rəhbərləri də çıxış edərək mövcud problemlərdən danışıblar. Sonda nazir A. Rəhimov qaldırılan problemlərə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan Gənclər Sarayının hazırlanması ilə bağlı məsələ nazirliyin gündəliyindədir: “Biz hətta bina da nəzərdə tutmuşduq. Həmin bina yarımtikili vəziyyətdə idi. Amma başqa bir şirkət həmin binanı aldığı üçün bizim planımız alınmadı”.

İclasın sonunda 2008-ci ildə fəallıq göstərmiş gənclər təşkilatlarına diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR