Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 02 fevral 2009 12:18 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, fevralın 3-də hava şəraiti buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Fevralın 4-də hava buludlu olacaq, arabir açılacaq, bəzi yerlərdə çiskinli yağış yağacaq, günün ikinci yarısında əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Fevralın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, səhər və gündüz arabir nisbətən güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Fevralın 3-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Fevralın 4-5-də bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Fevralın 4-də gündüz qərb rayonlarında, 5-də gündüz şərq rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, fevralın 5-də arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR