Bank Of Baku

Aydınlar Partiyası qanvermə aksiyası keçirib

Aydınlar Partiyası qanvermə aksiyası keçirib
# 02 fevral 2009 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aydınlar Partiyasının Gənclər Komitəsinin təşəbbüsü ilə 2 fevral - Gənclər Günü münasibətilə qanvermə aksiyası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya talassemiyalı gənclərə dəstək məqsədilə təşkil olunub. Kampaniyada 20-yə yaxın gənc iştirak edib. Partiya bu aksiyanı hər il davam etdirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR