№ | Tədbirin adı | Məkan | Tarix |
Fevral | |||
2.1 | Fransanın “Maison des cultures” assosiasiyası ilə birgə istehsal olunmuş “Aşıq musiqisi antologiyası” kompakt-disklərinin təqdimatı | Muzey Mərkəzi | 2 fevral |
2.2 | “Gənclər Günü” ilə bağlı tədbir və gənc rəssamların əsərlərindən ibarət sərgi | Muğam Teatrı, V.Səmədova adına Sərgi salonu | 2 fevral |
2.3 | İstanbul Konservatoriyasının tələbə simfonik orkestrinin konserti | Azərbaycan Dövlət Filarmoniyası | 3 fevral |
2.4 | “Bakı şəhəri” foto və rəsm sərgilərinin açılışı | Muzey mərkəzi | 18 fevral |
2.5 | “Bakı-İslam Mədəniyyətinin paytaxtı” veb saytının təqdimatı | Muzey Mərkəzi | 18 fevral |
2.6 | Azərbaycana həsr olunmuş 2 sənədli filmin təqdimatı | “Yaddaş” və “Salnamə” sənədli filmlər studiyaları | 18 fevral |
2.7 | “Qədim Bakı” kitabının təqdimatı | Azərbaycan Milli Kitabxanası | 19 fevral |
2.8 | “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” təntənəli açılış mərasimi | Heydər Əliyev sarayı | 18-19 fevral |
2.9 | Novruz bayramı münasibətilə «Çərşənbə axşamları» və bayram şənlikləri | “Yanar dağ” dövlət tarix mədəniyyət və təbiət qoruğu | 24 fevral, 5 mart, 12 mart, 19 mart 21-22 mart |
2.10 | Görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunmuş foto-sərgi | Muzey Mərkəzi | fevral |
2.11 | Görkəmli rejissor Tofiq Tağızadənin 90 illiyinə həsr olunmuş yubiley gecəsi | Dövlət Film Fondu | fevral |
Mart | |||
3.1 | “Şərq və Qərb” moda təqdimatı | Muzey Mərkəzi | 6 mart |
3.2 | “İslam ənənəvi memarlığı” adlı gənc memarların beynəlxalq festivalının açılışı | Muzey Mərkəzi | 16 mart |
3.3 | Beynəlxalq Muğam Festivalı |
| 17-27 mart |
3.4 | Novruz şənliklərinin və əl işləri üzrə satış yarmarkasının təşkil olunması, alovla rəqs edən qrupların gecə təqdimatı | İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Yanar Dağ, Qız Qalası, Atəşgah | mart |
3.5 | “Qadın portretləri” adlı foto-sərginin açılışı | Muzey Mərkəzi | mart |
3.6 | 2 seriyalı “Cavad xan” bədii filmin təqdimatı | “Azərbaycan” kinoteatrı | mart |
3.7 | Görkəmli dramaturq Cəfər Cabbarlının 110 illiyinə həsr olunmuş kino axşamı | Dövlət Film Fondu | mart |
Aprel | |||
4.1 | Uşaq xor kollektivlərinin respublika müsabiqəsi |
| 01-30 aprel |
4.2 | Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepiano ixtisası üzrə respublika müsabiqəsi |
| 01-30 aprel |
4.3 | İordaniya və Mərakeşin turizm şirkətləri və media nümayəndələrindən ibarət heyətin Azərbaycana infoturu |
| 14-20 aprel |
4.4 | “AİTF” Beynəlxalq Səyahət və Turizm sərgisi | Heydər Əliyev adına İdman-konsert kompleksi | 16-18 aprel |
4.5 | Xalq Artisti Ramiz Mirişlinin 75 illiyi. |
| 17-19 aprel |
4.6 | «Qobustan pirləri» adlı tədbir | «Qobustan» Milli tarix-bədii qoruğu | 18 aprel |
4.7 | «İslam dünyası kitab səhifələrində» kitab sərgisi |
| aprel |
4.8 | Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının 100 illiyi |
| aprel |
4.9 | Dərbənd Dövlət Dram Teatrının Bakı və Sumqayıt şəhərlərinə qastrolu |
| aprel |
4.10 | İslam mədəniyyəti mövzusunda əl işlərindən ibarət sərgi (xəttatlıq sənət əsərləri və s.) |
| aprel |
4.11 | İqtisadi əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının II Konfransı | Azərbaycan Milli Kitabxanası | 20-21 aprel |
4.12 | İslam mədəniyyətinə aid nadir kitabların və əlyazmaların sərgisi | Şirvanşahlar Sarayı Kompleksi | 20-21 aprel |
May | |||
5.1 | Uşaq rəqs kollektivlərinin respublika baxış-festivalı |
| 06-07 may |
5.2 | “Sahilkənarı şəhərlərin müasir memarlığı” adlı konfrans |
| 16-22 may |
5.3 | “İslam ölkələrinin tarixi şəhərləri və müasir memarlığı” adlı beynəlxalq konfrans | Muzey Mərkəzi | 27-29 may |
5.4 | Şirvanşahlar Sarayı Kompleksinin 45-illiyi münasibəti ilə «Azərbaycan xatunları» adlı səhnələşdirilmiş tamaşa və konsert | «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruq-muzeyi | 27 may |
5.5 | Xalq Artisti Oqtay Zülfüqarovun 80 illiyi |
| 31 may |
5.6 | İSESKO təşkilatının Azərbaycanda mədəniyyət həftəsi | Muzey Mərkəzi | may |
5.7 | İSESKO təşkilatının Azərbaycanda Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında “Azərbaycan bəstəkarlarının yaradıcılığında şərq mövzusu” konserti |
| may |
5.8 | “Milli kostyum və kuklalar” adlı beynəlxalq sərgi | Muzey Mərkəzi | 20-21 aprel |
5.9 | II Ümumrespublika kitab festivalı |
| may |
Iyun | |||
6.1 | “Şərq dünyası uşaqların gözü ilə” beynəlxalq rəsm müsabiqəsi |
| 1 iyun |
6.2 | SSRİ Xalq Artisti, görkəmli müğənni Lütfiyar İmanovun xatirə gecəsi |
| 12 iyun |
6.3 | «Sönməyən alovlar» adlı fotosərgi | «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu | 13 iyun |
6.4 | Qırğızıstan Respublikasının Azərbaycanda Mədəniyyət Günləri |
| iyun |
Iyul | |||
7.1 | İslam ölkələrinin folklor rəqs qruplarının festivalı (3 gün) |
| iyul |
7.2 | Qədim geyimli Azərbaycan atçılarının “Çövkən” və digər milli atüstü oyunlarının nümayişi |
| iyul |
7.3 | İran İslam Respublikasının Azərbaycanda Mədəniyyət Günləri | - | iyul |
Avqust | |||
8.1 | Kino işçilərinin peşə bayramı | “Azərbaycan” kinoteatrı | 2 avqust |
Sentyabr | |||
9.1 | Üzeyir Musiqi Gününə həsr olunmuş “Uzeyir Musiqi Həftəsi” |
| 18 sentyabr |
9.2 | “Şərq-Qərb” beynəlxalq kinofestivalı | Heydər Əliyev sarayı, “Azərbaycan” kinoteatrı | 18-24 sentyabr |
9.3 | «Alovlu gecələr» adlı əbədi-musiqili axşam | «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu | 19 sentyabr |
9.4 | Zülfüqar Hacıbəyovun 125 illiyinə həsr olunmuş “Aşıq Qərib” tamaşası | Akademik Opera və Balet Teatrı | 20 sentyabr |
9.5 | Ramazan Bayramı münasibətilə ilə xeyriyyə tədbiri | Nardaran tarix-mədəniyyət qoruğu | 20 sentyabr |
9.6 | Görkəmli tarzən, xalq artisti Əhsən Dadaşovun 85 illiyinə həsr olunmuş tədbir | Azərbaycan Dövlət Filarmoniyası | 22 sentyabr |
9.7 | Görkəmli musiqiçi, musiqişünas alim Mir Möhsün Nəvvabın 175 illiyinə həsr olunmuş tədbir | Üzeyir Hacıbəyovun ev – muzeyi | 23 sentyabr |
9.8 | SSRİ Xalq Artisti Soltan Hacıbəyovun 90 illiyinə həsr olunmuş konsert | Azərbaycan Dövlət Filarmoniyası | 25 sentyabr |
9.9 | İstanbulun «Əsgəri» muzeyində saxlanılan Şirvanşahlar dövrünə aid zirehli geyimlər sərgisinin açılış mərasimi | «Şirvanşahlar Sarayı Kompleksi» Dövlət tarix-memarlıq qoruq-muzeyi | 25 sentyabr |
9.10 | İslam ölkələri şairlərinin əsərlərindən ibarət almanaxın nəşri |
| sentyabr |
9.11 | İslam dünyası şairlərinin poeziya gecəsi (İran, Türkiyə, Qazaxıstan, Azərbaycan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Misir, Türkmənistan) |
| sentyabr |
9.12 | İSESKO üzv dövlətlərinin mətbəx mədəniyyətinə həsr olunmuş beynəlxalq festival (konfrans, kulinariyaya həsr olunmuş incəsənət əsərlərinin nümayişi, kulinariya-incəsənət yarışları və s.) | Muzey Mərkəzi | sentyabr |
9.13 | Kalliqrafiya sənətinə həsr edilmiş “Kalliqrafiya dialoqu” adlı sərgi | Muzey Mərkəzi | sentyabr |
9.14 | Mərakeş Krallığının Azərbaycanda Mədəniyyət Günləri | - | sentyabr |
Oktyabr | |||
10.1 | Dekorativ tətbiqi sənət nümunələrinin sərgi-satışı (1 ay) və I Ümumrespublika dekorativ – tətbiqi sənət Festivalının yekun sərgisi |
| 01-31 oktyabr |
10.2 | Bakıda Şəhriyar poeziya günləri |
| oktyabr |
10.3 | TÜRKSOY Daimi Şurasının növbəti toplantısı |
| oktyabr |
10.4 | Mədəniyyət Nazirlərinin VI İslam Konfransı | Gülüstan Sarayı | oktyabr |
10.5 | İSESKO-ya üzv dövlətlərin xalqlarının bənzər sənət, ev, mətbəx əşyalarının və dekorativ-tətbiqi yaradıcılığına həsr edilmiş “Nuhun Gəmisi” adlı sərgisi | Muzey Mərkəzi | oktyabr |
10.6 | “Bakı-İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda elmi konfrans |
| oktyabr |
10.7 | “İslam dünyasında qadın: ənənəvi dəyərlər və müasirlik” adlı konfrans |
| oktyabr - noyabr |
Noyabr | |||
11.1 | “İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktiki konfrans | Muzey Mərkəzi | 9-10 noyabr |
11.2 | Bakı Xoreoqrafiya Məktəbinin 80 illik yubileyi | Dövlət Akademik Opera və Balet Teatrı | 24 noyabr |
11.3 | Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransında əsası qoyulmuş “Sənətçilər dialoq naminə” layihəsi çərçivəsində “Şərq-Qərb” Beynəlxalq rəqs festivalı |
| 24-28 noyabr |
11.4 | Qurban Bayramı münasibətilə ilə xeyriyyə tədbiri | Nardaran tarix-mədəniyyət qoruğu | 28 noyabr |
11.5 | Dövrü mətbuatda “İslam mədəniyyəti” mövzusunda ən yaxşı məqalə müsabiqəsi |
| noyabr |
11.6 | Böyük Britaniyanın Viktoriya və Albert muzeyinin “İslam üst geyimləri Viktoriya və Albert muzeyində” sərgisi | Azərbaycan Dövlət İncəsənət Muzeyinin yeni binası | noyabr |
11.7 | IV Beynəlxalq “Alüminium” Müasir İncəsənət Biennalesi | Müxtəlif məkanlar | noyabr |
11.8 | Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin ifasında islam ölkələri bəstəkarlarının əsərlərindən ibarət konsertlər | Azərbaycan Dövlət Filarmoniyası | noyabr |
11.9 | “Azərbaycan milli musiqisi” qala konserti | Şirvanşahlar Sarayı Kompleksi | noyabr |
Dekabr | |||
12.1 | I Respublika dekorativ – tətbiqi sənət festivalının bağlanışı |
| 14-15 dekabr |
12.2 | “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” Mədəniyyət İlinin təntənəli bağlanış mərasimi | Heydər Əliyev sarayı | 15 dekabr |
12.3 | Beynəlxalq Rostropoviç Klassik Musiqi festivalı | Azərbaycan Dövlət Filarmoniyası | dekabr |
12.4 | Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş sərgi |
| dekabr |
12.5 | “Azərbaycan kino ensiklopediyası”nın təqdimatı | Muzey Mərkəzi | dekabr |
İl ərzində | |||
13.1 | “Bakı – İslam Mədəniyyətinin Paytaxtı - 2009” saytının fəaliyyətinin təmin edilməsi | - | İl ərzində |
13.2 | Azərbaycan muzeylərində qorunub saxlanılan İslam mədəniyyətinə aid eksponatların muzey replikalarının hazırlanması | - | İl ərzində |
13.3 | “Azərbaycanın kitab abidələri” DVD diskinin hazırlanması üçün materialların toplanması, sistemləşdirilməsi və buraxılması (3000 nüsxə) | - | İl ərzində |
13.4 | 2009-cu il üçün istifadəsi nəzərdə tutulmuş bank, sim, İnternet kartlar, aviauçuş, dəmiryolu biletləri və s. üzərində “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” loqotipinin və Azərbaycanın İslam mədəniyyətinə və incəsənətinə aid abidə və əsərlərinin təsvirlərinin yerləşdirilməsi | - | İl ərzində |
13.5 | “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” mövzusunda Azərbaycan, ingilis və ərəb dillərində çap məhsullarının (kitab, buklet, kataloq, açıqca), suvenir və s. əyani vəsaitlərin hazırlanması | - | İl ərzində |
13.6 | «Qobustan» kitabının nəşri | - | İl ərzində |
13.7 | “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” adlı reklam çarxının hazırlanması və il ərzində milli və xarici televiziya kanallarında nümayişinin təşkil edilməsi | - | İl ərzində |
13.8 | Milli və xarici kütləvi informasiya vasitələrində “Bakı – İslam Mədəniyyətinin Paytaxtı – 2009” mövzusunda məqalələrin dərc olunması, televiziya verilişlərinin hazırlanması və nümayiş etdirilməsi | - | İl ərzində |
13.9 | Azərbaycanın birinci xanımına həsr olunmuş “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabının rus və ingilis dilinə tərcümə edilməsi və nəşri | - | İl ərzində |
13.10 | Son 100 ildə Azərbaycan və ümumən İslam dünyasında yetişən, 2009-cu ildə yubileyi olan görkəmli ədəbiyyat xadimlərinin təntənəli tədbirlərinin keçirilməsi, o cümlədən Cəfər Cabbarlının 110, Mehdi Hüseynin 100, İsmayıl Şıxlının 90, Həmid Araslının 100, Məmməd Cəfərin 100, Aida İmanquliyevanın 70, Vaqif Səmədoğlunun 70, Rüstəm İbrahimbəyovun 70 illik yubileylərinin qeyd edilməsi | - | İl ərzində |
13.11 | Kalliqrafiya, miniatür rəssamlıq, ornament sənəti üzrə ustad-sinifləri | Muzey Mərkəzi | İl ərzində |
13.12 | İslam mədəniyyətinə aid Azərbaycan muzeylərində qorunub saxlanılan eksponatlardan ibarət sərgi | Azərbaycan Dövlət İncəsənət Muzeyi | İl ərzində |
13.13 | “İslam memarlığında ornament” adlı sərgi | - | İl ərzində |
13.14 | “Şərq dünyası Azərbaycan bəstəkarlarının yaradıcılığında” musiqi layihəsinin həyata keçirilməsi | Azərbaycan Dövlət Filarmoniyası | İl ərzində |
13.15 | Qətər, Küveyt və Bəhreynin turizm şirkətləri və media nümayəndələrindən ibarət heyətlərin Azərbaycana infoturu |
| İl ərzində |
13.16 | İSESKO üzv dövlətlərinin Beynəlxalq Turizm Filmləri Festivalı | - | İl ərzində |
13.17 | İordaniya Krallığının Azərbaycanda Mədəniyyət Günləri | - | İl ərzində |
13.18 | Qətər Dövlətinin Azərbaycanda Mədəniyyət Günləri | - | İl ərzində |
“Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009”-un qeyd olunması ilə bağlı tədbirlər planı hazırlanıb
Bakı. Ülkər Qasımova-APA. 2009-cu il üçün Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması ilə bağlı il ərzində keçiriləcək tədbirlərin planı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009”-un açılışı fevralın 18-də keçiriləcək. Tədbirlər il ərzində davam etdiriləcək.
Sosial
AB sabah Ukrayna üçün ayrılan 90 milyard avroluq kreditin ilk 3,2 milyard avrosunu verəcək
ABŞ və İran heyətləri arasında məsləhətləşmələr iyunun 30-da davam edəcək
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru işdən çıxarılıb