Bank Of Baku

İndiyədək 220-ə qədər gənc “Gənclər mükafatı”na layiq görülüb

İndiyədək 220-ə qədər gənc “Gənclər mükafatı”na layiq görülüb
# 02 fevral 2009 14:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hər il ölkə prezidentinin sərəncamı ilə 50 istedadlı gəncə prezident təqaüdü verilir”. Bu barədə APA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. Onun sözlərinə görə, “Gənclər mükafatı” illik mükafatdır və hər il mükafat alanların tərkibi dəyişir. Ölkə prezidentinin “Xüsusi istedada malik olan yeniyetmə və gənclərlə bağlı” Dövlət Proqramına əsasən, ayrı-ayrı dövlət qurumlarının da istedadlı gənclərlə bağlı mükafatları təsis olunub. İ. Babayevin sözlərinə görə, nazirliyinin təsis etdiyi “Gənclər mükafatı” hər il fevralın 2-də istedadlı gənclərə təqdim olunur. İndiyə qədər nazirliyinin xətti ilə 220-ə qədər gənc “Gənclər mükafatı”na layiq görülüb. Bu il isə “Gənclər mükafatı”nı 20-dək gənc qazanıb. Nazir müavini deyib ki, il ərzində nazirlik tərəfindən istedadlı gənc yazarların əsərlərinin nəşri həyata keçiriləcək. Nazirlik gənc alimlərin də tədqiqatlarını toplu şəklində buraxmaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR