Bank Of Baku

Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə tikilən İlkin Tibbi Yardım Mərkəzinin açılışı olub

Zaqatalada Yaponiya hökumətinin dəstəyi ilə tikilən İlkin Tibbi Yardım Mərkəzinin açılışı olub
# 02 fevral 2009 14:59 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov- APA. Yaponiyanın Azərbaycandakı səfiri Zaqatala rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okinin səfərində məqsəd rayonla tanış olmaq və Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” layihəsi çərçivəsində rayonun Faldar kəndində inşa olunan İlkin Tibbi Yardım Mərkəzinin açılış mərasimində iştirak etmək olub. Rayonun Faldar kəndində inşa olunan İlkin Tibbi Yardım Mərkəzinin açılış mərasimində səfirlə birgə rayonun İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayonun icra strukturları və Faldar kənd sakinləri iştirak edib.
Qeyd edək ki, Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Zaqatala rayonunda artıq ikinci layihəni həyata keçirib. Sözü gedən layihə çərçıvəsində 2008-ci ildə rayonun Göyəm kənd orta məktəbin nəzdində 240 yerlik korpus tikərək istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR