Bank Of Baku

Bakıda “Müəlliflik hüququ və yayım” mövzusunda beynəlxalq seminar başlanıb

Bakıda “Müəlliflik hüququ və yayım” mövzusunda beynəlxalq seminar başlanıb
# 03 fevral 2009 08:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda “Müəlliflik hüququ və yayım” mövzusunda iki günlük beynəlxalq seminar işə başlayıb. APA-nın məlumatına görə, Azərbaycan Müəllif Hüquqları Agentliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Müəllif və Bəstəkar Cəmiyyətlərinin Beynəlxalq Konfederasiyası (CİSAC) tərəfindən təşkil olunan seminarın məqsədi əqli mülkiyyət hüquqları obyektlərindən istifadə ilə bağlı istifadəçilərlə hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsində beynəlxalq təcrübədən bəhrələnərək müəlliflərin, əmək hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların səmərəliliyini artırmağa kömək etməkdən ibarətdir. Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, tədbirin müəlliflik hüququ və yayım mövzusuna həsr edilməsinin böyük əhəmiyyəti var. Onun sözlərinə görə, müasir dövrdə əqli mülkiyyət hüquqları obyektlərindən, xüsusən də müəllif hüququ və əlaqəli hüquqlarla qorunan obyektlərdən daha çox teleradio məkanında istifadə olunur. K. İmanov bildirib ki, teleradio yayım məkanında müəllif əsərləri olan kinofilmlər, musiqilər, folklor nümunələri və s. yayımlanır. Teleradio verilişlərinin özü də müəllif hüququ obyekti olduğundan onlar bu zaman həm müəllif həm də istifadəçi kimi çıxış edirlər: “Ona görə də teleradio nümayəndələri digər müəllif hüquqlarına hörmətlə yanaşmalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR