Bank Of Baku

AMEA prezidenti Mahmud Kərimov: “Sahil” bağından cəsədlərin köçürülməsi faktını müsbət qiymətləndirirəm” - MÜSAHİBƏ

AMEA prezidenti Mahmud Kərimov: “Sahil” bağından cəsədlərin köçürülməsi faktını müsbət qiymətləndirirəm” - <font color=red>MÜSAHİBƏ </font>
# 03 fevral 2009 09:37 (UTC +04:00)
- Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi 26 Bakı komissarının cəsədlərinin qalıqlarının köçürülməsi faktını necə dəyərləndirirsiniz?
- İlk növbədə demək istəyirəm ki, AMEA-nın ilk növbədə tarixçilərin qarşısında görüləcək çox iş durur. Bununla belə, mən artıq öz çıxışlarımda dəfələrlə qeyd etmişəm ki, bu dünyadan köçən insanların cəsədləri məzarlıqda dəfn olunmalıdır. Bu səbəbdən “Sahil” bağından cəsədlərin köçürülməsi faktını müsbət qiymətləndirirəm. 26 Bakı komissarının cəsədlərinin köçürülməsi ilə əlaqədar şəhər məzarlığında müsəlman, xristian və yəhudi dini icmasının nümayəndələrinin iştirakı xüsusi dəfn mərasimi keçirilib. Hesab etmək olar ki, nəhayət Azərbaycanda əsası sovetlər dönəmindən qoyulmuş ənənəyə son qoyuldu. Biz ateist sovet təbliğat maşınının əsrlərlə formalaşmış metodlardan yararlanaraq sovet hakimiyyəti uğrunda ölənlərin əzabkeş obrazını yaratdığının canlı şahidləriyik. Buna görə də, qeyd etdiyim kimi ölülərin yeri -məzarlıqdadır.
- Amma elə şəxslər var ki, hesab edirlər ki, 26 Bakı komissarı – bizim ümumi tariximizdir və biz bu tarixə hörmətlə yanaşmalıyıq.
- 26 Bakı komissarına gəldikdə, bu, bizim tariximizin ən qaranlıq səhifələrindən biridir. Burada uzaq 1918-ci ildə hamını narahat edən əsas problemi dəqiq ifadə eləmək lazımdır. Ortada taleyüklü məsələ var idi – Bakı neftinə kim sahib çıxacaq? Sözsüz ki, Bolşevik Rusiyası da yeganə enerji mənbəyi olan Bakı neftini öz nəzarətində saxlamaq istəyirdi. Bakı neftinə ingilislər də, almanlar da can atırdı. Həmin dövrdə Bakı-Batumi neft kəməri xüsusi əhəmiyyət kəsb edirdi. Buna görə də bu regionda 1917-1920-ci illərdə baş verən bütün proseslər Bakı nefti uğrunda mübarizə tarixi idi. Bu mübarizədə bütün vasitə və metodlardan istifadə olunurdu. Bu baxımdan Bakı Kommunasının tarixi – qanları axan günahsız insanların tarixidir. Bu, Bakı neftini Azərbaycan xalqının əlindən almaq cəhdlərinin tarixidir. Bakı neftinin taleyi isə coğrafi baxımdan çox uzaqda olan yerlərdə həll olunurdu. Təəssüf ki, biz hələ bu mövzuda tədqiqatların ilkin mərhələsindəyik. Tədqiqatçıların heç də bütün sənədlərə sərbəst çıxışı yoxdur, xaricdə olan arxivlərin böyük bir qismi hələ də “tamamilə məxfi” qrifi altında qorunur.
Xatırladığım qədər, Bakı Kommunası çox qısa dövrdə fəaliyyət göstərib. 1918-ci il aprelin 25-də yaradılna Bakı Xalq Komissarları Soveti artıq iyulun 25-də faktiki olaraq fəaliyyətini dayandırmışdı. Sentrokaspi diktaturasının nümayəndələri başda Şaumyan olmaqla bütün komissarları həbs edərək, onlara qarşı ciddi ittihamlar irəli sürüblər. Bundan sonra isə uydurma, mistifikasiya və yalanla ayrı-ayrılıqda götürülmüş etibarlı faktların qarışığı meydana çıxır ki, bunları da detallı şəkildə araşdırmaq lazımdır. Komissarlar haqqında mif formalaşdırma prosesinin necə getdiyini anlamaq üçün Böyük Sovet Ensiklopediyasının müxtəlif nəşrlərini tutuşdurmaq kifayətdir. Mən 26 Bakı komissarı adlanan qrupa kimlərin daxil olduğunu bir daha xatırlatmaq istəyirəm.

 

Ad, soyad, atasının adı

Anadan olduğu gün, ay, il

Anadan olduğu yer

Partiya mənsubiyyəti

1.

Şaumyan Stepan Georgiyeviç

13.09.1878

Tiflis

Bolşevik, Bakı Xalq Komissarları Sovetinin sədri

2.

Əzizbəyov Məşədi Əzizbəy oğlu

18.01.1876

Bakı

Bolşevik, Bakı Quberniyası kəndli deputatlar icraiyyə komitəsinin sədri

3.

Çaparidze Prokofi Aprasionoviç

15.01.1880

Kutaisi

Bolşevik, daxili işlər xalq komissarı, Bakı Soveti İcraiyyə Komitəsinin sədri

4.

Fioletov İvan Timofeyeviç

19.12.1883

Tambov quberniyası, Jerdevka rayonu, Tuqolukovo kəndi

Bolşevik, xalq təsərrüfatı işləri komissarı  

5.

Vəzirov Mirhəsən Seyidkazım oğlu

13.02.1889

Şuşa

Sol eser, torpaq komissarı

6.

Korqanov Qriqori Nikolayeviç

30.07.1886

Tiflis

Bolşevik, hərbi-dəniz işləri üzrə xalq komissarı

7.

Malıgin İvan Vasilyeviç

03.02.1887

Vladimir quberniyası, Qoroxovetsk uyezdi, Markovo kəndi

Bolşevik, hərbi-dəniz komissarlığının hərbi kollegiyasının üzvü

8.

Petrov Qriqori Konstantinoviç

1892

Həştərxan

Sol eser, daha sonra bolşevik, 1918-ci ilin iyulunda Bakıya hərbi mütəxəssis qismində göndərilib

9.

Zevin Yakov Davıdoviç

12.06.1888

Mogilyov vilayəti, Krasnopolya qəsəbəsi

Menşevik, daha sonra bolşeviklərin tərəfinə keçib. 1917-ci ilin fevralında Bakıda sovet hakimiyyəti qurmaq üçün gəlib. Əmək komissarı

10.

Poluxin Vladimir Fyodoroviç

02.07.1886

Riqa

Bolşevik, Xəzər donanmasında inqilabi iş aparmaq üçün 1918-ci ilin yayında Bakıya gəlib

11.

Berq Eyjen Avqustoviç

1892

Riqa

Bolşevik, hərbi rabitə şöbəsinin rəisi, Qış Sarayına hücumun iştirakçısı, 1918-ci ilin yayında Bakıya gəlib

12.

Boryan Arminak Artyomoviç

1886

Ermənistan, Krasnoselsk rayonu, Çəmbərək kəndi

Bolşevik, fəhlə, Xalq Komissarları Sovetində təlimatçı

13.

Qabışev İvan Yakovleviç

1887

Bolşevik, 2-ci atıcı diviziyanın hərbi komissarı

14.

Osepyan Suren Qriqoryeviç

10.12.1890

Gəncə

Bolşevik, 1918-ci ildə Bakıya gəlib. “Qafqaz Qızıl Ordusu” qəzetinin redaktoru

15.

Əmiryan Arşen Minayeviç

10.11.1881

Bolşevik, “Bakinskiy raboçiy” qəzetinin redaktoru

16.

Avakyan Bağdasar Ayrapetoviç

1883

Hadrut rayonu, Ataqut

Bolşevik, şəhər qarnizonunun rəisi

17.

Basin Meer Velkoviç

1890

Mogilyov vilayəti, Çerekov şəhəri

Bolşevik, komissarlıqda fəhlə şöbəsinin rəhbəri

18.

Koqanov Mark Romanoviç

1891

Bolşevik, Bakı Xalq Komissarları Sovetinin işçisi

19.

Kostandyan Aram Martirosoviç

1894

Şuşa

Bolşevik, ərzaq komissarının müavini

20.

Boqdanov Anatoli Abramoviç

1896

Bolşevik, komissarlıq aparatının işçisi

21.

Boqdanov Solomon Abramoviç

1888

Bolşevik, Bakı Sovetinin inqilabi ordusunun yaradılması üçün vəsait toplayan komissiyanın üzvü

22.

Solntsev Fyodor Fyodoroviç

1887

Smolens vilayəti, Qaqarin şəhəri

Bolşevik, hərbi təlimatçılar məktəbinin rəisi, Qafqaz cəbhəsində polk komandiri

23.

Mişne İsay Abramoviç

1895

Kişinyov

Bolşevik, hərbi birləşmələrin təşkilində iştirak edib

24.

Metaksa İrakli Panaitoviç

1889

Batumi

Bolşevik, restoran və mehmanxana işçiləri həmkarlar ittifaqının katibi

25.

Nikolaişvili İvan Mixayloviç

1887

Kutaisi quberniyası, Rayçensk uyezdi, Kvatsxuti kəndi

Bolşevik, restoran və mehmanxana işçiləri həmkarlar ittifaqının üzvləri inqilabi iş aparıb

26.

Amirov Tatevos Minayeviç

1873

İsmayıllı rayonu, Kirk kəndi

Daşnak, partizan dəstələrinin komandiri



- Deməli, onların heç də hamısı komissar olmayıblar?

- Gördüyünüz kimi, onların arasında komissarlar olduğu kimi, adi matroslar da var. Hələ sovet hakimiyyətinin ilk illərində “26-lar”ın qətlində günahlandırılan Funtikovun məhkəmə prosesində rəsmi versiya ilə üst-üstə düşməyən məqamlar ortaya çıxmışdı. Bir zamanlar akademik Ziya Büynadov Funtikovun işi üzrə stenoqrafik hesabatın materiallarına əsaslanaraq, rəsmi versiya ilə bağlı bəzi məqamları şərh eləmişdi. Təkcə, yuxarıda verilən siyahını diqqətlə oxumaq kifayətdir. Aydın deyil, bu cür qarışıq komandanı bir yerə hansı qüvvə toplaya bilərdi? Məncə təsadüf, yaxud da hansısa ümumi əməllərdə iştirak faktı.

- Belə çıxır ki, 26 Bakı komissarı obrazını yaradan zaman real faktlardan çox xülyalara əsaslanıblar?

- Elədir ki, var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə bağlı bir çox faktlar saxtalaşdırılıb. Azərbaycanda bütün əhalinin bolşevizmə necə can atdığı barədə mif formalaşdırmaq lazım idi. Neft bumu dövründə dünyanın hər yerində Bakıya insanlar axışırdı. Lakin Bakı proletariatının inqilabi fəaliyyəti ilə bağlı bütün yazılanları ciddi analiz etmək lazımdır. Buraya Bakı Kommunasının da tarixi daxildir.

- 1920-ci ildə komissarların cəsədlərinin qalıqlarını Ağcaqum çölündən gətirərək Bakıda dəfn olunması qərarı necə qəbul olunub?

- Bununla bağlı bolşevik mətbuatında hələ 1919-cu ildə çağırışlar səslənirdi. Qızıl Ordu apreldə Azərbaycanı işğal etdikdən sonra müxtəlif rəsmi instansiyalar səviyyəsində dəfn mərasiminin Şərq Xalqları Qurultayı ərəfəsində keçirilməsi qərara alındı. Ən qaranlıq sual da burada meydana çıxır: Türkmənistanda hələ sovet hakimiyyəti tam qurulmamışdı, döyüşlər gedirdi. 1920-ci ildə, Şərq Xalqları Qurultayı ərəfəsində qəflətən Ağcaqum səhrasında güllələnmiş komissarların cəsədlərinin qalıqlarını Bakıya gətirib dəfn eləmək niyə belə vacib idi? Rəhmətlik akademik Ziya Bünyadov dəfələrlə müxtəlif məqalələrində bildirib ki, Bakı komissarlarının tarixi – tipik sovet təbliğatıdır. Bu təbliğat altında Qafqaz xalqlarının dostluğu fikri formalaşdırılırdı. Nümunəvi dördlüklə bağlı təbliğat da buradan ortaya çıxıb: Əzizbəyov, Çaparidze, Şaumyan və Fioletov. Baxmayaraq ki, 20-ci illərdə dərc olunan məqalələrdə Əzizbəyovun adı heç ümumiyyətlə çəkilmir. Və nəhayət 1918-ci ildən bəri mövcud olan versiya – komissarlar güllələnməyib, onlar Hindistana aparılıblar. Bu versiya Funtikovun 1926-cı ildə keçirilmiş məhkəməsinin stenoqrafik materiallarında da var. Buna görə də qarşımızda 1920-ci ildə Zaqafqaziya dəmiryolunun 207-ci verstliyində, Pereval və Ağcaqum stansiyaları arasında yerləşən ərazidən kimin cəsədlərinin Bakıya gətirilib dəfn olunduğunu araşdırmaq kimi gərgin iş durur.

- Bunu necə etmək olar?

- Metodlar çoxdur. Ekspert kriminalistlər artıq işə başlayıblar. Hesab edirəm ki, onlar tarixçilərin və arxiv işçilərinin təqdim etməli olduqları materialların siyahısını tezliklə bizə təqdim edəcəklər. Bununla belə xüsusi olaraq qeyd etmək istəyirəm ki, Bakı Kommunasının real tarixi hələ yazılmayıb. Məlum olduğu kimi, Bakı Kommunasının rəhbərliyi Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törədilməsində böyük rol oynayıblar. Artıq mətbuatda bu barədə yazılıb. Qubada aşkarlanmış kütləvi məzarlığı xatırlatmaq kifayətdir.

- Qubadakı kütləvi məzarlıqda işlər hələ tam başa çatmayıb?

- Orada iş davam edir. Bildiyiniz kimi, Qubadakı qardaşlıq məzarlıqlarında aşkar olunan cəsədlərin qalıqları Bakı Kommunası rəhbərliyinin Azərbaycanın müxtəlif rayonlarında törətdiyi kütləvi qırğınların üzərinə işıq saldı. Artıq alimlərimiz Qubada aparılan arxeoloji qazıntılara dair yekun materiallar hazırlayırlar. Hamıya yaxşı məlumdur ki, Şaumyanın əlaltıları Quba şəhəri və Quba uyezdində 122 kəndi darmadağın edib, çoxlu sayda azərbaycanlı və yəhudini qətlə yetirib, külli-miqdarda qiymətli əşyaları talan ediblər. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu vəhşilikləri araşdırmaq üçün təhqiqata başlasa da, müəyyən səbəblərdən bu təhqiqat yarımçıq qalıb. Biz bu işi sona çatdırmağa borcluyuq.

- Beləliklə, belə çıxır ki, 26 Bakı komissarı ilə bağlı çoxlu sayda ədəbiyyat yalan və uydurmalarla doludur...

- Təəssüf ki, bu, belədir. Bu təkcə siyasət məsələsi deyil. Axı Sentrokaspi diktaturasının nümayəndələri Bakı komissarlarını ilk növbədə xəyanətdə və xəzinəni tar-mar eləməkdə ittiham eləyiblər. Ziya Bünyadovun məqaləsindən bir sitat gətirmək istəyirəm. Bu sitat Anri Barbüsün Parisdə nəşr olunmuş kitabından götürülüb: “Bolşeviklərin əsas rəhbərləri Şaumyan, Fioletov, Çaparidze həbs olunub. Şaumyanın üzərində 80 milyon qızıl rubl aşkarlanıb”. Son olaraq demək istəyirəm ki, od olmasa, tüstü çıxmaz. Sovet folklorunda 27-ci Bakı komissarı adlandırılan Anastas Mikoyan barədə lətifələr həmişəlik qalmaqdadır. Onun 26-ların həbsində, güllələnməsində və onların mifik obrazının yaradılmasında oynadığı əsl rol bu günə qədər də tam aydın deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR