Bank Of Baku

Azərbaycanda əhali sosial sahədə daha çox pensiya artımları ilə bağlı məsələlərlə maraqlanır

Azərbaycanda əhali sosial sahədə daha çox pensiya artımları ilə bağlı məsələlərlə maraqlanır
# 03 fevral 2009 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnternet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, sorğu zamanı respondentlərə «Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac görürsünüz» sualı ünvanlanıb. Suala verilən cavablar nəticəsində məlum olub ki, əhali daha çox pensiya artımları və sosial sığorta yenilikləri ilə bağlı məsələlər barədə məlumatlandırılmağa ehtiyac duyur. Belə ki, sorğuda iştirak edənlərin 52,3%-i pensiya artımları, 20,5%-i isə sosial sığorta yenilikləri ilə bağlı ətraflı məlumatların verilməsinə ehtiyac hiss edildiyini bildiriblər.
Respondentlərin 17,9%-i isə fərdi uçot sistemi haqqında geniş məlumatların verilməsinin zəruriliyini ifadə ediblər. Sorğuda iştirak edənlərin 9,3%-i sığorta-pensiya sisteminin digər istiqamətləri barədə məlumatlandırılmanın vacibliyini nəzərə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR