Bank Of Baku

Azərbaycan nümayəndə heyətinin Antarktidaya ilk ekspedisiyası 200-250 min manata başa gəlib - FOTOSESSİYA

Azərbaycan nümayəndə heyətinin Antarktidaya ilk ekspedisiyası 200-250 min manata başa gəlib - <font color=red>FOTOSESSİYA </font>
# 03 fevral 2009 10:47 (UTC +04:00)
APA-nın məlumatı görə, H. Bağırov ötən il dekabrın 24-də Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvü Tərlan Ramazanovla birlikdə Bakıdan yola düşdüklərini, buzlu qitənin ərazisində elmi-tədqiqat işləri apardıqlarını və geoloji nümunələr götürdüklərini deyib: “Bu ekspedisiyanı başa çatdıra biləcəyimizə əmin deyildik. Ona görə də ekspedisiyaya səssiz-səmirsiz başladıq”. Nazir bildirib ki, Azərbaycan nümayəndə heyəti Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağının zirvəsinə qalxıb. Onlar Azərbaycanın dövlət bayrağını, bir üzündə Heydər Əliyevin təsviri və “Fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, digər üzündə isə İlham Əliyevin təsviri və “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni həmin zirvəyə sancıblar. Ekspedisiya üzvləri 50-60 dərəcə şaxtaya davam gətirən xüsusi geyimlərdən istifadə ediblər. H. Bağırov iki nəfərlik ekspedisiyanın 200-250 min manata başa gəldiyini söyləyib.

Səfər təəssüratlarından danışan nazirin sözlərinə görə, bütün ensiklopedik məlumatlar Antarktidaya qarın yağmadığını göstərsə də, Azərbaycan nümayəndə heyəti qitədə ardıcıl olaraq 5 gün qarın yağmasının şahidi olub: “Bu, iqlim dəyişikliyinin nəticəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR