Bank Of Baku

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi Azərbaycan vətəndaşları üçün yeni proqram elan edib

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi Azərbaycan vətəndaşları üçün yeni proqram elan edib
# 03 fevral 2009 12:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində Yapon dili üzrə Azərbaycan vətəndaşlarına Monbukaqakuşo Təqaüd Proqramını təklif edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqramda 1979-cu ilin aprelin 2-dən 1991-ci il aprelin 1-dək olan dövrdə anadan olmuş, yapon dili və yapon mədəniyyəti ixtisaslarında bakalavr pilləsi üzrə təhsil alan şəxslər müraciət edə bilərlər. Proqramda hərbi xidmətdə olan, təhsil aldığı müddətdə Yaponiyada olmayan, 2009-cu ilin oktyabrın 1-dək son 3 il ərzində Yaponiya hökumətinin qrantını almış şəxslər iştirak edə bilməzlər. Proqramda iştirak etmək istəyənlər fevralın 28-dək Yaponiyanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR