Bank Of Baku

Göyçayda bələdiyyə torpaqlarının hərraclar və ya müsabiqələr yolu ilə satılmasının tənzimlənməsi ilə bağlı zona müşavirəsi keçirilib

Göyçayda bələdiyyə torpaqlarının hərraclar və ya müsabiqələr yolu ilə satılmasının tənzimlənməsi ilə bağlı zona müşavirəsi keçirilib
# 03 fevral 2009 14:43 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov, Zahid Abışov-APA Bu gün Göyçay rayonunda bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələr vasitəsilə satılmasının tənzimlənməsi məsələləri ilə bağlı zona seminar-müşavirəsi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkil etdiyi tədbirdə Göyçay, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından
bələdiyyə sədrləri, torpaq şöbələrinin rəhbərləri, mütəxəssislər iştirak ediblər. Müşavirədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin icra aparatının rəhbəri Rafiq Süleymanov torpaq hərracları və müsabiqələri anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, yalnız torpaq hərrac və müsabiqələri vasitəsilə torpaq bazarında hüquqların dövriyyəsinin şəffaflığı və subyektlər arasında bərabər hüquqi imkanların yaradılmasının mümkünlüyü istiqamətində təbliğat-izahat işləri aparıb. O, torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi qaydalarını tənzimləyən yeni normativ hüquqi sənədlərin izahatını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Həmçinin, tədbirdə müvafiq qanun və sərəncamlardan, hüquqi-normativ sənədlərdən irəli gələn vəzifələrin izahı ilə bağlı təcrübi məşğələlər keçirildi, iştirakçıları maraqlandıran, onlar üçün aydın olmayan məsələlər ətraflı şərh edildi.
Qeyd edək ki, təbliğat-izahat xarakterli belə seminar-müşavirələr artıq Gəncə, Lənkəran, Yevlax və Göyçayda keçirilib. Yaxın günlərdə Şəki, Xırdalan və Xaçmazda bu cür regional seminarların keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR