Bank Of Baku

Masallıda yeni məktəbin açılışı olub

Masallıda yeni məktəbin açılışı  olub
# 03 fevral 2009 14:49 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Yeyənkənd kəndində yeni 480 yerlik orta məktəb istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, dövlət vəsaiti hesabına tikilən təhsil ocağının açılış mərasimində kənd ziyalıları təhsilə göstərilən qayğıdan söz açıblar. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda ötən bir il ərzində 10-a yaxın ümumtəhsil müəssisəsi üçün yeni binanın tikildiyini deyib. İcra başçısı növbəti illərdə də bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra lazımi avadanlıqlarla təchiz edilmiş təhsil ocağı ilə tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR