Bank Of Baku

Azərbaycanlı gənclər Gürcüstanda Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirəcəklər

Azərbaycanlı gənclər Gürcüstanda Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirəcəklər
# 04 fevral 2009 07:40 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlı gənclərdən ibarət “Gənclər Təşəbbüs Qrupu” Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisdə azərbaycanlı gənclərin köməyi ilə Xocalı hadisələrinə aid qısametrajlı filmin tərcüməsinə başlanıb. Faciənin növbəti ildönümü ilə bağlı keçiriləcək tədbirdə faciənin məzmununu əks etdirən bukletlər, elektron versiyalar yayımlanacaq, gürcü gənclərinə çap edilmiş vərəqələr paylanılacaq, çıxışlarda Azərbaycan xalqının başına gətirilən bəlalardan, qırğınlardan danışılacaq, ermənilərin iç üzü faktlarla göstəriləcək. “Gənclər Təşəbbüs Qrupu”nun üzvü Ramilə Əliyeva APA-ya bildirib ki, tədbirdə faciədən bəhs edən bədii səhnəcik də nümayiş etdiriləcək: “Tədbirin baş tutması üçün Azərbaycanın Gürcüstandakı səfirliyindən də kömək istəmişik. Şəxsən səfir Namiq Əliyev bizə dəstək olmağa söz verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR