Bank Of Baku

Ali məktəb tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqə elan edilib

Ali məktəb tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə müsabiqə elan edilib
# 04 fevral 2009 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələrinə təqaüd verilməsi üzrə müsabiqə elan edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, müsabiqə 2008-2009-cu tədris ilinin 1-ci semestrinin nəticələrinə əsasən “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbələr arasında aparılır. ARDNŞ təqaüdü 2009-cu ilin fevral-iyun ayları üçün təqdim olunur.
Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini fevralın 15-dək təqdim edə bilərlər. Sənədlər nəzərdən keçirildikdən sonra seçilmiş namizədlər son seçim üçün mart ayında ARDNŞ-də keçiriləcək yekun müsahibəyə dəvət ediləcəklər. Müsahibənin dəqiq vaxtı və qaliblərin adları ARDNŞ-nin saytında elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR