Bank Of Baku

Bakı məktəbləri «Elektron məktəb» layihəsi çərçivəsində İKT avadanlığı ilə təchiz olunur

Bakı məktəbləri «Elektron məktəb» layihəsi çərçivəsində İKT avadanlığı ilə təchiz olunur
# 04 fevral 2009 09:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycandakı Avropa Liseyi tədris sistemində İKT vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıqla təchiz olunub. İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, avadanlıqlar Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində Avropa Liseyinə təqdim olunub.
Təqdim olunmuş avadanlıq dəstində noutbuk və proyektorla yanaşı elektron lövhə də daxildir. Müasir texnologiyaların təhsildə istifadəsini genişləndirən elektron lövhə tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır.
İKT avadanlığı Avropa Liseyinə «Elektron məktəb» pilot layihə çərçivəsində verilib. Yaxın günlərdə pilot layihələdə iştirak edən Bakının daha 9 məktəbi analoji avadanlıqla təchiz olunacaq. Pilot layihə 6, 7, 8, 20, 23, 60, 134 və 160 saylı məktəbləri, həmçinin Avropa Liseyi və Z.Əliyeva adına Liseyi əhatə edir. Layihə çərçivəsində həmin məktəblər fiber-optik kabel vasitəsi ilə yüksək sürətli İnternetə və Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR