Bank Of Baku

“Vətəndaş cəmiyyəti quruculuğunda 10 il” kitabının təqdimat mərasimi keçirilib

“Vətəndaş cəmiyyəti quruculuğunda 10 il” kitabının təqdimat mərasimi keçirilib
# 04 fevral 2009 10:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycanda Milli QHT Forumunun 10 illik fəaliyyətinə həsr olunan “Vətəndaş cəmiyyəti quruculuğunda 10 il” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni sözügedən qurum yaradılandan sonra ölkədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində böyük işlər görüldüyünü deyib. Onun sözlərinə görə, Milli QHT Forumunun yaradılmasının 10 illiyi ilə bağlı xüsusi kitabın nəşr edilməsi böyük önəm daşıyır.

Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev dövlətin QHT-lərə ən yüksək səviyyədə dəstək verdiyini deyib. Şura sədri artıq QHT-lərin təkcə paytaxta deyil, regionlarda da uğurla fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, bu illər ərzində QHT-lərlə bağlı zəngin qanunvericilik bazası da yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR