Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasını çirkləndirən 30-dan çox müəssisəni cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi atmosfer havasını çirkləndirən 30-dan çox müəssisəni cərimələyib
# 04 fevral 2009 10:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarında yer təkinin, su mühitinin, atmosfer havasının, torpaqların, ətraf mühitin, flora və faunanın mühafizəsi sahəsində fəaliyyət göstərən 4 saylı şöbəsi keçirdiyi yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində Sumqayıtın “Yaşıl dərə” massivi, 2-ci və 6-cı mikrorayonlarda yaş ağacların kəsilməsi faktları aşkar edilib, faktlarla bağlı ötən il 10 cavabdeh şəxsə 720,99 manat məbləğində iddia qaldırılıb və 5582 manat məbləğində cərimə tətbiq edilib. “Yaşıl dərə” massivində torpaq sahəsinin zəbti və çoxsaylı ağac kəsintisi faktı üzrə tərtib edilmiş sənədlər tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Sumqayıt, Abşeron və Xızı rayonları ərazisində qanunsuz qum və çınqıl daşınması faktları üzrə il ərzində 12 akt və 4 protokol tərtib olunub, 6 nəfər inzibati qaydada 5580 manat məbləğində cərimələnib, 3560,50 manat məbləğində 14 iddia qaldırılıb, icra üçün 8 məcburi göstəriş verilib, 3 iş isə məhkəmə orqanlarına göndərilib.

Atmosfer havasını çirkləndirdiklərinə görə ayrı-ayrı müəssisələrə 55950 manat 25 qəpik iddia və 38105 manat 62 qəpik ödəmə tətbiq olunub.
Atmosfer havasının çirklənməsinə görə 78 məcburi göstəriş verilib, 10 vəzifəli şəxs 49225 manat məbləğində cərimələnib, 2 iş isə tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR