Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasına hələlik 20-dək layihə daxil olub

QHT-lərə Dövlət Dəstəyi Şurasına hələlik 20-dək layihə daxil olub
# 04 fevral 2009 10:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yanvarın 15-dən QHT-lər üçün müsabiqə elan etsə də, indiyə kimi 20-dək layihə daxil olub. Hər kəs müddətin başa çatmasına bir-iki gün qalmış sənəd verməyə tələsir. Nəticədə yüzlərlə insan sənəd vermək üçün növbəyə düzülür”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. O bildirib ki, layihələrin qəbul ediləcəyi son gün - fevralın 15-i saat 16.00-dan sonra heç bir layihə qəbul edilməyəcək. A. Quliyev həmçinin əlavə edib ki, təqdim edilən layihələr ekspertizadan keçirildikdən qaliblər müəyyənləşdiriləcək: “Hesab edirəm ki, müsabiqədə qalib gələn QHT-lər öz layihələrinin icrasına aprel ayından etibarən başlaya biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR