Bank Of Baku

Səbail rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə zonasında yerləşən evlərin inventarlaşdırılmasını yekunlaşdırıb

Səbail rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə zonasında yerləşən evlərin inventarlaşdırılmasını yekunlaşdırıb
# 04 fevral 2009 11:40 (UTC +04:00)
~Bakı. Elnur Məmmədli - APA. Səbail rayon İcra Hakimiyyəti Bayıl yamacında, sürüşmə zonasında yerləşən evlərin inventarlaşdırılmasını yekunlaşdırıb. İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov APA-ya bildirib ki, dərəcəsinə görə yamacda üç təhlükə zonası var. İnventarlaşdırmadan sonra təkliflər hazırlanaraq Bakı şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə təqdim edilib. İ. Kərimov deyib ki, təkliflərdə ərazidəki evlərin və əhalinin sayı, qanuni və qanunsuz evlərin sayı, evlərin ölçüsü və digər məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Səbail rayon İcra Hakimiyyəti Bayıl yamacında yerləşən evlərin inventarlaşdırılmasına 2008-ci ilin dekabrında başlayıb. 2000-ci ildə ərazidə baş verən torpaq sürüşməsindən sonra 144 ailə köçürülüb. Hazırda sürüşmə zonasında 151 ailə yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR