Bank Of Baku

Ekologiya və təbii sərvətlər naziri Xəzər İşgüzar İnteqrasiya Klubunun üzvləri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Xəzər İşgüzar İnteqrasiya Klubunun  üzvləri ilə görüşüb
# 04 fevral 2009 14:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeya-APA. Bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər İşgüzar İnteqrasiya Klubunun (XİİK) üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, klubun prezidenti Telman Əliyev bildirib ki, bu, H. Bağırovla ikinci görüşdür. Klubun fəaliyyəti haqqında qısa məlumat verən T. Əliyevin sözlərinə görə, bu qurum 2002-ci ilin iyununda yaradılıb. Klubun fəxri sədri İlham Əliyevdir.

H. Bağırov isə klub üzvlərinə məlumat verərək bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas fəaliyyət istiqaməti ətraf mühitin mühafizəsi, ekoloji yoxlamalar aparmaqdır. Xəzər dənizində bioresursların bərpası istiqamətində görülən işlər barədə məlumat verən nazir qeyd edib ki, Azərbaycanın bu sahədə gördüyü tədbirlər tam yetərli sayılmasa da, digər dövlətlərlə müqayisədə ölkəmiz bu istiqamətdə daha ciddi addımlar atıb. H. Bağırovun sözlərinə görə, dənizə 20 milyona qədər körpə nərəkimilər buraxılıb. Nərəkimilərin tükənmə təhlükəsinin olduğunu bildirən nazir deyib ki, Rusiyada brakonyerlərdən Azərbaycanın milli kvotası qədər balıq götürülür. H. Bağırov onu da əlavə edib ki, 1985-ci illərlə müqayisədə Xəzər dənizinin çirklənmə səviyyəsi on dəfələrlə azalıb. Xəzəri çirkləndirən əsas mənbələrdən biri kimi Volqa çayını qeyd edən nazir dənizə axıdılan çirkabların 80 faizinin bu çaydan gəldiyini açıqlayıb. Tədbirdə H. Bağırova XİİK-nin diplomu təqdim edilib. O, daha sonra klub üzvlərinin bir sıra suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR