Bank Of Baku

Gürcüstan Azərbaycana Kürə axıdılan tullantıların qarşısını birlikdə almağı təklif edib

Gürcüstan Azərbaycana Kürə axıdılan tullantıların qarşısını birlikdə almağı təklif edib
# 04 fevral 2009 15:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gürcüstanın Ekologiya Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu ölkədən Kür çayına axıdılan tullantıların qarşısının alınmasına nəzarət prosesində iştirak etməyi təklif edib. APA-nın məlumatına görə, bunu Azərbaycanın bunu ekologiya və təbii sərvətlər nazir Hüseyn Bağırov deyib. O bildirib ki, Gürcüstanın ekologiya nazirləri müxtəlif vaxtlarda iki dəfə Bakıda olublar və onların hər ikisi Gürcüstandan Kür çayına tullantıların axıdılması faktının mövcudluğunu etiraf ediblər. H. Bağırov deyib ki, qonşu ölkə rəsmiləri Gürcüstanın iqtisadi vəziyyətinin bu problemi qısa müddətdə həll etməyə imkan vermədiyini vurğulayıblar: “Gürcüstan hökuməti müəssisələrə tapşırıb ki, Kür çayına tullantı və çirkab suların axıdılmasına son qoymaq üçün plan hazırlayaraq təqdim etsinlər. Onlar Azərbaycanın da bu prosesə nəzarətdə iştirak etməsini istəyirlər”.

H. Bağırov qeyd edib ki, Azərbaycanda 100 faiz tullantısız müəssisə yoxdur, amma köhnələrə nisbətən yeni inşa edilən müəssisələr müasir tələblərə cavab verir. Nazirin sözlərinə görə, son üç il ərzində Sumqayıtdakı müəssisələrə tətbiq edilən ekoloji cərimələr 18 dəfə artıb. Amma bununla belə, H. Bağırov Sumqayıtın ən çirkli şəhər adlandırılmasını doğru saymır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR