Bank Of Baku

Göyçayda 1-ci kurs tələbələrinə və əlaçı şagirdlərə mükafatlar verilib

Göyçayda 1-ci kurs tələbələrinə və əlaçı şagirdlərə mükafatlar verilib
# 04 fevral 2009 15:23 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov –APA. 2008-2009-cu tədris ili üçün keçirilən qəbul imtahanlarında göyçaylı abituriyentlər arasında yüksək bal toplayaraq ali məktəblərə daxil olan 100-ə yaxın tələbə və rayonun orta məktəblərində əla qiymətlərlə təhsil alan şagirdlərlə Göyçay ictimaiyyətinin görüşü keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, fevralın 4-də Göyçay Əyləncə Mərkəzində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, təhsil şöbəsinin müdiri Asif Nəbiyev çıxış edərək son illər ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən və qazanılan uğurlardan danışıblar.
Bildirilib ki, 2008-2009-cu tədris ili üçün ölkənin ali məktəblərinə keçirilən qəbul imtahanlarında Göyçay rayonundan 729 abituriyent iştirak edib və onlardan 281 nəfəri tələbə adını qazanıb. Bu göstəriciyə görə Göyçay rayonu respublikada 9-cu yerdə olub. Yüksək bal toplayaraq tələbə adını qazananların sayına görə isə Göyçay təhsili ölkədə 5-ci yeri tutub. Daha sonra ən yüksək bal toplayaraq tələbə adını qazanan tələbələrə və əlaçı şagirdlərə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub. Tədbir yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR