Bank Of Baku

Azərbaycanın yardımı ilə İslamabadda zəlzələnin proqnozlaşdırılması ilə məşğul olan tədqiqat stansiyası yaradılıb

Azərbaycanın yardımı ilə İslamabadda zəlzələnin proqnozlaşdırılması ilə məşğul olan tədqiqat stansiyası yaradılıb
# 05 fevral 2009 09:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İslamabadda zəlzələnin proqnozlaşdırılması və öyrənilməsi ilə məşğul olan tədqiqat stansiyası yaradılıb. APA-nın məlumatına görə, “Atropatena” adlanan stansiya Azərbaycanın dəstəyi ilə yaradılıb və Milli Fizika Mərkəzinin himayəsində fəaliyyət göstərəcək. Qeyd edək ki, analoji stansiya Bakıda da fəaliyyət göstərir. Ötən ay iki ölkənin elmi-tədqiqat institutları arasında imzalanmış sazişə əsasən tərəflər bu təbiət hadisəsinin daha yaxından öyrənilməsi məqsədilə əməkdaşlıq edəcəklər. Azərbaycanlı mütəxəssislərin həmçinin Pakistanda treninqlər keçməsi və məruzələr oxuması da nəzərdə tutulur. Bakı və İslamabaddakı stansiyalar internetlə onlayn rejimində əlaqə saxlayacaqlar. Gələcəkdə “Atropatena” stansiyalarının İndoneziya və Türkiyədə də quraşdırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR