Bank Of Baku

Növbəti dərs ilinə II və V-XI siniflər üçün 87 adda dərslik, müəllimlər üçün metodik vəsait nəşr ediləcək

Növbəti dərs ilinə II və V-XI siniflər üçün 87 adda dərslik, müəllimlər üçün metodik vəsait nəşr  ediləcək
# 05 fevral 2009 10:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 2009-2010-cu tədris ilinə 87 adda dərslik, müəllimlər üçün metodik vəsaitin nəşri planlaşdırılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, artıq həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi, çap formatları təsdiq olunub.
Nəşriyyatlar II siniflər üçün nəzərdə tutulan 40 adda dərslik və müəllimlər üçün vəsaitin hazırlanması və çapına dair tender təkliflərini bu ilin mayında nazirliyə təqdim edəcəklər. Dərslik komplektlərinin qiymətləndirilməsindən sonra mövcud qanunvericiliyə uyğun olaraq çap işləri təşkil olunacaq.
Nəşri nəzərdə tutulan 87 adda dərslik və müəllimlər üçün vəsaitdən 47 adda dərslik V-XI siniflərin şagirdləri üçün çap olunacaq. Artıq həmin dərsliklər orta məktəblərin qabaqcıl müəllimlərindən yaradılmış işçi qrupları tərəfindən oxunur. Onların təqdim edəcəkləri rəy və təkliflər müəlliflər, nəşriyyatlar tərəfindən baxılaraq nəzərə alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR