Bank Of Baku

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi Azərbaycanın gənc müəllimləri üçün proqram elan edib

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi  Azərbaycanın gənc müəllimləri üçün proqram elan edib
# 05 fevral 2009 10:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo Təqaüd Proqramını təklif edir. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, proqramda 1974-cü ilin 2 aprelində və ya bu tarixdən sonra anadan olmuş, ali təhsilli, 2009-cu il aprelin 1-dək ibtidai, orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən, 5 il iş təcrübəsinə malik şəxslər iştirak edə bilərlər. Proqramda iştirak etmək istəyənlərin müraciətləri fevralın 28-dək Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR