Bank Of Baku

Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə şəbəkəsi yaradılıb

Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə şəbəkəsi yaradılıb
# 05 fevral 2009 12:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakıda Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə şəbəkəsi yaradılıb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qlobal təşkilatın filialı qismində fəaliyyət göstərəcək şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsi aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşdirilməsinə dəstək verəcək. Milli Məclisdə keçirilən toplantıda çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov deyib ki, Gürcüstan parlamentinin üzvləri bu məsələ ilə bağlı Azərbaycanda səfərdədir. Ə. Hüseynov yaxın günlərdə təşkilatın qeydiyyatdan keçirilməsi üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunacağını bildirib: “Bu təşkilat açıq olacaq. Qurumun yaradılmasında məqsəd korrupsiyaya qarşı mübarizə sahəsində parlamentlərin təcrübə mübadiləsini təşkil etmək, qanunvericilik sistemini daha da təkmilləşdirmək və dövlətin həyata keçirdiyi işlərə dəstək verməkdir”.
Şəbəkənin təsisçilərindən olan Gürcüstan parlamentinin Hüquq komissiyasının sədri Pavle Kublaşvili korrupsiyaya qarşı qlobal mübarizə sahəsində əməkdaşlığın vacib olduğunu vurğulayıb: “Hər iki ölkənin beynəlxalq təcrübə mübadiləsi aparması üçün yaxşı qanunvericilik bazası var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR