Bank Of Baku

Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisələrinə baxış keçiriblər
# 05 fevral 2009 12:30 (UTC +04:00)
Bakı-APA. Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 və 15 saylı cəzaçəkmə müəssisələrinə, həmçinin müalicə müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun təmsilçiləri cəzaçəkmə müəssisələrindəki yataq korpuslarına, cərimə təcridxanalarına, kamera tipli otaqlara, tibbi-sanitar hissələrinə, habelə yeməkxanaya və istehsalat sahəsinə ümumi baxış keçirib, məhkumlarla görüşüb, onların saxlanılma şəraiti, qidalanma rejimi, göstərilən tibbi xidmətlə, həmçinin problemləri ilə maraqlanıb, hüquqlarını izah ediblər. Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər. Aparatın əməkdaşları 11 saylı müəssisədə cəza çəkən Ağasəlim Səlimovun vəkilinin həmin məhkumun səhhətində yaranmış problemlərlə bağlı Ombudsmana müraciətini yerində araşdırıb və cəzaçəkmə müəssisəsinin rəhbərliyinə A. Səlimovu müalicə müəssisəsinə köçürmək tövsiyə olunub. Həmin məhkum yaxın günlərdə müalicə müəssisəsinə yerləşdiriləcək.

Ombudsmanın nümayəndələri Səudiyyə Ərəbistanının vətəndaşı olan, müalicə müəssisəsində müalicə alan məhkumla onun ailə üzvlərinin müraciətinə əsasən görüşüb. Müvəkkilin müdaxiləsi nəticəsində, həmin məhkumun öz ailə üzvləri ilə görüşməsinə yaxın günlərdə şərait yaradılacaq. Ombudsman Aparatının əməkdaşları həmçinin Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə də baxış keçiriblər. Aparatın əməkdaşları həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Baxış keçirilmiş penitensiar müəssisələrin, həmçinin polis bölməsinin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR