Bank Of Baku

Azərbaycan Tarixi Muzeyində “Xıdır Nəbi” bayramı qeyd olunacaq

Azərbaycan Tarixi Muzeyində “Xıdır Nəbi” bayramı qeyd olunacaq
# 05 fevral 2009 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Fevralın 10-da Azərbaycan Tarixi Muzeyində “Xıdır Nəbi” bayramına həsr olunmuş tədbir keçiriləcək. Muzeydən APA-ya verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu və Bakının 1 saylı orta məktəbi ilə birgə keçiriləcək.
Qeyd edək ki, unudulan bayramlardan sayılan “Xıdır Nəbi” bayramı tarixən kiçik çillədə -fevralın birinci ongünlüyündə keçirilir. Tarixi eramızdan əvvələ qədər gedib çıxan bayram havaların istilənməsi və torpağın oyanması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR