Bank Of Baku

Diplom ala bilməyən məzunlar Gürcüstanın Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Diplom ala bilməyən məzunlar Gürcüstanın Elm və Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər
# 05 fevral 2009 13:18 (UTC +04:00)
Gürcüstan Nizami Məmmədzadə-APA. İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin (TDU) fəaliyyəti dayandırılan Marneuli filialının məzunları bu gün Gürcüstanın Elm və Təhsil Nazirliyinin qarşısında növbəti etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, universiteti bitirib diplom ala bilməyən məzunlar bu dəfə filialın keçmiş rektoru Omar Tabusadzedən birdəfəlik cavab istəyiblər. Məzunlar tələb ediblər ki, O. Tabutadze də onlarla birlikdə TDU-nun rektorunun qəbuluna getsin. Lakin rektor aksiya iştirakçılarına bildirib ki, adı çəkilən filial artıq yoxdur: “Biz onun yerinə Ukrayna-Gürcüstan Humanitar İnstitutunu açmışıq, heç nəyə də cavabdeh deyilik. Bizim hüququmuz daha bitib. Sizə TDU-nun rektoru Georgi Xubua cavab verməlidir”.
Aksiya iştirakçılarından biri – Marneuli rayonunun Sadaxlı kəndindən olan məzun Aqil Məmmədov APA-ya bildirib ki, məzunların bir qrupu filialın işində olan cinayət tərkibinin necə araşdırıldığını öyrənmək üçün istintaq orqanlarına müraciət edib: “Bizə dedilər ki, istintaq işinin diplomların verilməsi ilə heç bir əlaqəsi yoxdur. Məhz buna görə də biz diplom almaq tələbində israrlıyıq”.
Elm və təhsil nazirinin müavini Nodar Surquladze aksiya iştirakçılarını qəbul edərək onların tələbini dinləyib. TDU-nun təhsil şöbəsinin rəsmisi nazirliyə dəvət olunub, məzunlarla birgə keçirilən görüşdə aksiyaçıların tələbi aydınlaşdırılıb. Qərara alınıb ki, martın 4-də TDU-nun akt salonunda məzunlara diplom verilməsi məsələsi bir daha müzakirə olunacaq, texniki səbəblər üzündən düz olmayan sənədlər qaydaya salındıqdan sonra diplomlar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR