Bank Of Baku

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblərin xüsusi avadanlıqlarla təmin olunmasına başlanılıb

“Elektron məktəb” pilot layihəsində iştirak edəcək məktəblərin xüsusi avadanlıqlarla təmin olunmasına başlanılıb
# 05 fevral 2009 14:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi “Elektron məktəb” pilot layihəsinin icrasına başlamaq üçün bu layihədə iştirak edəcək 10 məktəbi xüsusi informasiya kommunikasiya texnologiyaları (İKT) vasitələri ilə təchiz etməyə başlayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, artıq “Avropa” liseyi tədrisdə informasiya-kommunikasiya texnologiyaları vasitələrinin səmərəli tətbiqi üçün xüsusi avadanlıqla təchiz olunub. Məktəblərə verilən avadanlıq dəstində noutbuk, proyektorla yanaşı, elektron lövhə də var. Elektron lövhə tədris prosesini tamamilə yeni səviyyədə qurmağa imkan yaradır.

Nazirlikdən bildirilib ki, yaxın vaxtlarda pilot layihədə iştirak edən daha 9 Bakı məktəbi İKT avadanlığı ilə təchiz olunacaq. Pilot layihə 20, 6, 60, 160, 134, 8, 23, 7 saylı məktəbləri, həmçinin “Avropa” liseyi və Zərifə Əliyeva adına liseyi əhatə edir. Layihə çərçivəsində həmin məktəblər fiberoptik kabel vasitəsi ilə yüksək sürətli internetə, Məlumat və Resurs Mərkəzinə çıxışla təmin ediləcək.

Bu işlər ölkə prezidentinin ötən ilin iyunun 10-da təsdiqlədiyi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR