Bank Of Baku

Lənkəranda Azərbaycanın “Qırmızı Kitab”ına salınan vaşaq aşkar edilib

Lənkəranda Azərbaycanın “Qırmızı Kitab”ına salınan vaşaq aşkar edilib
# 06 fevral 2009 09:25 (UTC +04:00)
Bakı-APA. Lənkəran rayonunun Kosalar kəndində (Hirkan Milli Parkının 3-cü kilometrliyində) yerləşən həyətyanı yaşayış sahələrindən birində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınmış Vaşaq (Felis Lynx) aşkar olunub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib: “Ev sahibinin verdiyi məlumata görə, vaşaq həyətdən ev quşlarının vəhşi heyvanlar tərəfindən aparılmaması üçün qurulmuş tora düşüb. Vəhşi heyvanın müayinəsi zamanı müəyyən edilib ki, vaşaq dişi fərd olmaqla tam sağlamdır və tələyə düşməsi nəticəsində heç bir xəsarət almayıb”.
Vaşaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən KİV nümayəndələrinin iştirakı ilə həmin gün Hirkan Milli Parkının meşəlik ərazisinə buraxılıb.
Bildirilib ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən vaşaqın respublikanın müxtəlif ərazilərində müşahidə edilməsi, onların yaşama mühiti üçün münbit şəraitin olmasından və yaxşı mühafizəsindən xəbər verir.
Qeyd edək ki, vaşaq Azərbaycanın düzənlik və dağ meşələrində yayılıb. Xüsusən Böyük Qafqaz, Naxçıvan və Lənkəran rayonu ərazilərində onlara rast gəlinir, daş və qaya aralarında məskən salırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR