Bank Of Baku

UNİCEF-in Azərbaycandakı nümayəndəsi: “Anaların sağlamlığına təsir göstərən faktorlardan biri erkən nikahdır”

UNİCEF-in Azərbaycandakı nümayəndəsi: “Anaların sağlamlığına təsir göstərən faktorlardan biri erkən nikahdır”
# 06 fevral 2009 09:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycanda uşaq ölümünün səbəbləri çoxdur. Onlardan biri anaların səhhəti ilə bağlıdır. Ana sağlamlığı Azərbaycanda hələ də narahatlıq doğurur və biz bu sahədə işləyirik. Anaların sağlamlığına təsir göstərən faktorlardan biri erkən nikahdır. Təəssüf ki, sovet dövrü ilə müqayisədə Azərbaycanda erkən nikahların sayı artıb”. APA-nın məlumatına görə, bu sözləri UNİCEF-in Azərbaycandakı nümayəndəsi Məhəmməd Aləmi Azərbaycan Qadın Jurnalistlər Birliyinə müsahibəsində deyib. O, 15, 16, 17 yaşındakı yeniyetmələrin ailə qurmasının erkən nikah olduğunu, halbuki Uşaq Konvensiyasına əsasən uşaqlıq dövrünün 18 yaşında bitdiyini söyləyib: “Qızlar 15-17 yaşında ərə gedirlərsə, deməli, məktəbdən qalır və təhsili dayandırırlar. Onlar orqanizm hazır olmadığı halda hamilə qalırlar ki, bu da dünyaya gəlməmiş körpənin ölüm riskini artırır. Tez ailə quran qızlar ailədə də zorakılığa məruz qalır və yoxsulluğa məhkum ola bilirlər. Bir sözlə, erkən nikah bir-birinə bağlı xoşagəlməz hadisələr zənciridir”.

Ana və uşağın sağlamlığına mənfi təsir edən digər faktorlardan danışan M. Aləminin sözlərinə görə, bu məsələdə zəif qidalanma önəmli da rol oynayır: “Yaxşı qidalanmayan ana uşağına da lazım olan qidanı verə bilmir. Hamiləlik vaxtı pis qidalanan anaların uşaqları sonradan xüsusi müalicəyə ehtiyac duyur. Hamiləliyin gedişini izləməyən analar da sonralar mənfi nəticələrlə üzləşə bilirlər. Bundan başqa, tetanus, pnevmoniya və digər xəstəliklər də ana və uşaq sağlamlığına problem yaradır”. Hazırda Səhiyyə Nazirliyinin uşaq ölümünün səbəblərini müəyyən etmək üçün tədqiqat apardığını vurğulayan M. Aləmi qeyd edib ki, bu problemin aradan qaldırılması çox vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR