Bank Of Baku

Azərbaycanda 163409 ailə ünvanlı sosial yardım alır

Azərbaycanda 163409 ailə ünvanlı sosial yardım alır
# 06 fevral 2009 11:31 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım, tibbi sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası sahəsində 2008-ci il ərzində görülən işlərin yekununa həsr olunan kollegiya iclası keçirib. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, 2008-ci il ərzində zona tibbi-sosial ekspert komissiyaları tərəfindən yaşı 18-dən yaşdan yuxarı 215306 nəfərə əlillik dərəcəsi verilib. Nazir müavini İlqar Rəhimov isə deyib ki, ötən il sosial müavinətlərin məbləğinin ildə bir dəfədən az olmayaraq indeksləşdirilməsi qaydası müəyyən edilib və tətbiqinə başlanıb. O, son beş ildə aylıq və birdəfəlik sosial müavinət alan 387551 nəfərin müavinətlərinin dörd dəfə artdığını söyləyib: ”2007-ci illə müqayisədə ötən il sosial müavinətlərin məbləğində orta hesabla 1,5 dəfə artım olub. Dövlət başçısı tərəfindən təsis olunmuş prezident təqaüdləri 29104 nəfərə verilib”. İ. Rəhimov qeyd edib ki, hazırda Azərbaycanda 163409 ailə ünvanlı sosial yardım alır. Mexanizmin təkmilləşdirilməsi nəticəsində 2007-ci illə müqayisədə hesabat dövründə yardım alan ailələrin sayı 2 dəfə, bir ailəyə ödənilən yardımın orta aylıq məbləği 18 faiz, çoxuşaqlı ailələrin sayı 76,2 faiz, dövlətdən ilk dəfə yardım alanların sayı isə 2,1 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR