Bank Of Baku

Füzuli Ələkbərov: “Beynəlxalq maliyyə böhranının müsbət təsirləri də olacaq”

Füzuli Ələkbərov: “Beynəlxalq maliyyə böhranının müsbət təsirləri də olacaq”
# 06 fevral 2009 11:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Dünyada baş verən maliyyə böhranı bu və ya digər şəkildə Azərbaycana da təsir edəcək. Böhranın əhaliyə təsirini minimuma endirmək üçün hökumət tərəfindən hələ ötən il müəyyən addımlar atılıb. Bu il ərzində rəhbərlik etdiyim nazirlik də daxil olmaqla, dövlət strukturları bu sahədə kifayət qədər intensiv işlər görür”. APA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. O bildirib ki, beynəlxalq maliyyə böhranının mənfi tərəfləri ilə yanaşı, müsbət təsirinin də olacağı ehtimal edilir: “Azərbaycanda iqtisadi fəallıq daha çox Bakıda və digər şəhər mərkəzlərindədir. Son 5 il ərzində Azərbaycan hökuməti rayon və kəndlərin infrastrukturunun inkişafı üçün kifayət qədər layihələr həyata keçirib. Müşahidələrimiz göstərir ki, vaxtilə Bakıya və digər şəhər mərkəzlərinə gələn kənd əhalisi tədricən öz yaşadığı ərazilərdə fermer təsərrüfatı yaratmaq, həyətyanı sahələrində əkin işləri ilə məşğul olmağa üstünlük verəcək, bununla da gələcəkdə Azərbaycanda ərzaq probleminin həllində müəyyən rol oynayacaq. Eyni zamanda, daxili miqrasiya prosesində tənzimləmə də gedəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR