Bank Of Baku

“Əməkçi miqrantların Azərbaycan bazarında fəaliyyət göstərməsinin tənzimlənməsi haqqında” qanun layihəsi hazırlanıb

“Əməkçi miqrantların Azərbaycan bazarında fəaliyyət göstərməsinin tənzimlənməsi haqqında” qanun layihəsi hazırlanıb
# 06 fevral 2009 12:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanda əmək bazarının keyfiyyətini artırmaq məqsədilə “Əməkçi miqrantların Azərbaycan bazarında fəaliyyət göstərməsinin tənzimlənməsi haqında” yeni qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. O bildirib ki, bu layihə Milli Məclis tərəfindən qəbul edilsə və prezident tərəfindən təsdiqlənsə, işəgötürən hər xarici vətəndaşın Azərbaycanda il ərzində əmək fəaliyyəti ilə məşğul olması üçün 1000 manat dövlət rüsumu ödəyəcək. Nazir xarici ölkələrdən Azərbaycana lazımsız ixtisas və peşələr üzrə işçilərin gətirilməsinin əleyhinə olduqlarını da açıqlayıb: “2006-cı ildən Azərbaycan digər ölkələrə ixrac etdiyi işçi qüvvəsindən daha çox xarici əməkçi qüvvəsini qəbul edir. Amma biz eyni zamanda əmək bazarının keyfiyyətinə nəzarət etməliyik. Azərbaycana lazım olan mütəxəssislər şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının inkişafında rol oynayacaq. Amma Azərbaycanda hər hansı peşə üzrə mütəxəssislər və işçilər varsa, o sahə üzrə xaricdən işçi gətirilməsinin əleyhinəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR