Bank Of Baku

Rauf Tağıyev: “Beynəlxalq maliyyə böhranı xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının geri qayıtmasına səbəb olmayıb”

Rauf Tağıyev: “Beynəlxalq maliyyə böhranı xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının geri qayıtmasına səbəb olmayıb”
# 06 fevral 2009 13:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək miqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə apardığı işlərin bir hissəsini yekunlaşdırıb. APA-nın məlumatına görə, ƏƏSMN yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib ki, əcnəbilərin Azərbaycanın ərazisində yaşaması ilə bağlı artıq mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilib. Ötən ilin yay ayından etibarən əcnəbilər Azərbaycan ərazisində üç statusla qala bilərlər. Bunlar müvəqqəti olma, müvəqqəti yaşama və daimi yaşama statuslarıdır.

R. Tağıyev bildirib ki, beynəlxalq maliyyə böhranı ilə əlaqədar xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının öz ölkələrinə qayıtması meyli müşahidə edilmir: “Bu, ən azı ondan irəli gəlir ki, başqa ölkələrdə Azərbaycan vətəndaşları əsasən sahibkar kimi çalışırlar. Bu səbəbdən də onların həmin ölkənin əmək bazarında həmişə işləri olur və geri qayıtmalarına zərurət qalmır. Başqa ölkələrin vətəndaşlarının Azərbaycana axınına gəldikdə isə bu, maliyyə böhranı ilə bağlı deyil. Bunun səbəbi Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsidir”. R. Tağıyevin sözlərinə görə, hazırda Azərbaycanda 4367 əcnəbi leqal əmək fəaliyyəti ilə məşğul olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR