Bank Of Baku

Tiflisdə SCAD Regional Yardım Proqramının İdarəetmə Komitəsinin illik iclası keçirilir

Tiflisdə SCAD Regional Yardım Proqramının İdarəetmə Komitəsinin illik iclası keçirilir
# 06 fevral 2009 13:26 (UTC +04:00)
Bakı .İlhamə İsabalayeva – APA. Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD-5) Regional Yardım Proqramının İdarəetmə Komitəsinin növbəti illik iclası keçirilir. SCAD Proqramının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cənubi Qafqazın hər üç ölkəsinin, eyni zamanda Avropa Komissiyasının, BMT-nin İnkişaf Proqramının rəhbər səlahiyyətli şəxslərinin iştirak etdiyi İdarəetmə Komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinə daxili işlər nazirliyinin müavini Əsgər Ələkbərov rəhbərlik edir. Tədbirdə iştirak edən Gürcüstanın birinci xanımı Sandra Rulos narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində fəaliyyətin daha da gücləndirilməsini, narkotikdən əziyyət çəkən şəxslərə hərtərəfli kömək göstərilməsini xüsusi vurğulayıb.
SCAD Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev respublikamızda bu sahədə görülən işlər və aparılan uğurlu islahatlara dair geniş təqdimatla çıxış edib.
Tədbirdə SCAD Proqramının bu vaxtadək olan fəaliyyəti yüksək qiymətləndirilib, 2009-cu il üçün görüləcək işlərlə bağlı fəaliyyət planı təsdiq olunub, eyni zamanda bu istiqamətdə Avropa Komissiyasının, BMT-nin İnkişaf Proqramının, digər donor təşkilatlarının səylərinin daha da artırılması və yeni mərhələli layihələrin üzərində iş aparılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR