Bank Of Baku

Azərbaycanın təhsil naziri qış imtahan sessiyasının nəticələrini yüksək qiymətləndirib

Azərbaycanın təhsil naziri qış imtahan sessiyasının nəticələrini yüksək qiymətləndirib
# 07 fevral 2009 10:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Ötən tədris illərində olduğu kimi, bu il də ali məktəblərdə yaradılan “Qaynar xətt”ə ünvanlı müraciətlər çox az edilib”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, müraciətlərin ünvanlı və ya ünvansız olmasından asılı olmayaraq, onların hamısına dərhal reaksiya verilib. Nazir builki qış imtahan sessiyasının nəticələrini də yüksək qiymətləndirib: “Ümumiyyətlə, bu ilki imtahanların nəticələrindən məmnunam. Hətta bizi istəməyən adamlar da bu ilki imtahanın müsbət tərəflərini qeyd ediblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR